Özbəkistan Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşlarının daxili pasport və ya şəxsiyyət vəsiqəsi ilə ölkəyə girişinin sadələşdirilməsi üzrə işlərə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidməti “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
Bildirilir ki, Özbəkistan Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycan vətəndaşlarının 30 günə qədər daxili pasport və ya şəxsiyyət vəsiqəsi ilə ölkəyə girişinin sadələşdirilməsi üzrə işlərə başlayıb.
Xuraman Etibarlı
İnterpress.az