Prezident İlham Əliyev İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb.
Dövlət başçısı bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
Qeyd edək ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.