Romada yanacaqdoldurma məntəqəsində yanğın və partlayış baş verib.
İnterpress.az xəbər verir ki, yerli medianın son məlumatına görə, 20-dən çox insan xəsarət alıb.
Əsas xəsarət alanlar yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə gələn polis və yanğınsöndürmə xidmətinin əməkdaşlarıdır.
Polisin mətbuat xidməti 8 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını bildirib.
Fövqəladə hadisə Romanın şərq rayonlarından birində yanacaqdoldurma məntəqəsində baş verib.
İtaliya paytaxtının bütün ətraf rayonlarının sakinləri güclü gurultu eşidiblər. Hadisə yerindən qara tüstü sütunu yüksəlir.
Polisin məlumatına görə, yanacaqdoldurma məntəqəsində qaz çəni partlayıb.
Yanacaqdoldurma məntəqəsinin çənlərini tankerdən yanacaqla təmin edən borunun partlaması nəticəsində güclü partlayış baş verib.
Xuraman Etibarlı
İnterpress.az