Türkiyə böyük miqdarda ballistik raket İSTEHSAL EDƏCƏK – VİDEObackend

Türkiyə böyük miqdarda ballistik raket İSTEHSAL EDƏCƏK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə qarşısına böyük miqdarda orta və uzun mənzilli ballistik raketlər istehsal etmək vəzifəsi qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Yunanıstanın “Pentapostagma” qəzeti məlumat yayıb.

Türkiyə müdafiə sənayesi İran və İsrail arasında gedən müharibədən sonra qarşısına böyük miqdarda orta və uzun mənzilli ballistik raketlər istehsal etmək vəzifəsi qoyub.

Münaqişə zamanı məlum olub ki, bu raketlər çoxlu sayda pilotsuz uçuş aparatları ilə birlikdə düşmənin hava hücumundan müdafiə sistemini əvvəlcə nüfuz etməyə, sonra isə məhv etməyə qadirdir.

“Türkiyədən bizə qarşı təhlükə hər gün sürətlə artır və Yunanıstanla Türkiyə arasında hərbi toqquşma ehtimalı hər zamankindən daha da artır”, – qəzet yazıb.

Xuraman Etibarlı

İnterpress.az