Putinin “rusdilli İsrail”lə bağlı açıqlaması mübaliğədir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski müsahibəsində deyib.
“İsraildə iki milyon rusca danışan yoxdur. İsraildə SSRİ-dən və postsovet məkanından bir milyona yaxın insan var.
Onların əksəriyyəti rus dilində danışır. Amma Rusiya vətəndaşlarının sayına baxsanız, İsraildə onların bir neçə on minlərlə, bəlkə də ondan da az olduğu ehtimal edilir.
Ona görə də rusdilli ölkədən danışmaq çox güclü mübaliğədir”, – səfir bilıdirib.
Bundan əvvəl Putin İsraili “demək olar ki, rusdilli ölkə” adlandırmışdı.
Onun sözlərinə görə, yəhudi dövlətində keçmiş SSRİ və Rusiya Federasiyasından 2 milyona yaxın insan yaşayır.
Xuraman Etibarlı
İnterpress.az