HƏMAS Qəzza zolağının 80%-nə nəzarəti itirib.
İnterpress.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən HƏMAS polkovnik-leytenantı BBC-yə bildirib.
O deyib ki, İsrailin zərbələri nəticəsində təşkilatın komanda və nəzarət sistemi çöküb və bu, siyasi, hərbi və təhlükəsizlik rəhbərliyini demək olar ki, tamamilə məhv edib.
Zabit qeyd edib ki, rəhbərliyin əksəriyyəti – təxminən 95%-i ölüb, bütün fəal fiqurlar sıradan çıxarılıb.
“HƏMAS-ın bütün təhlükəsizlik sistemi çöküb. İnsanlar Qəzzada bütün zolağa nəzarət edən HƏMAS təhlükəsizlik kompleksini qarət ediblər.
İnsanlar içəri girərək hər şeyi – döşəklərə və sink panellərə qədər qarət ediblər. Və heç kim onlara mane olmağa çalışmayıb.
Silahlı klanlar küçələri idarə edir və hər kəsi dayandıra və öldürə bilər… Deməli, HƏMAS nəzarəti sıfırdır.
Heç bir lider yoxdur, pulu yoxdur, əlaqə yoxdur, heç kimə pul verilmir, bir sözlə, faydasızdır”, – mənbə qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az