Qırmızı dənizdə Böyük Britaniya gəmisinə növbəti HÜCUM – FOTObackend

Qırmızı dənizdə Böyük Britaniya gəmisinə növbəti HÜCUM – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Qırmızı dənizdə gəmiyə növbəti hücum barədə məlumat verib.

İnterpress.az xəbər verir ki, agentliyin bəyanatında gəmiyə Yəmənin Hudeydə liman şəhərindən 51 mil qərbdə reaktiv qumbaraatanlarla hücum edildiyi bildirilib.

Eyni zamanda Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey hücum nəticəsində iki ekipaj üzvünün yaralandığını, daha ikisinin isə itkin düşdüyünü bildirib.

Bu gün səhər saatlarında Yəmən husiləri Qırmızı dənizdə keçən il dekabrın əvvəlindən bu yana iyulun 6-da gəmiyə edilən ilk hücumun məsuliyyətini öz üzərinə götürüb.

Daha sonra Yəmən Silahlı Qüvvələrinin sözçüsü Sari gəminin tamamilə batdığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az