Tbilisidə azyaşlıya qarşı qeyri-insani rəftar və zorakılığa görə 9 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Saxlanılan gənclər qrupunun üzvlərinin yaşları 14-18, ən böyüyü 30-dur.
Polis təqsirləndirilən şəxsin evinə baxış zamanı soyuq və pnevmatik silahlar, mobil telefonlar və nasist simvolları götürüb.
İstintaqın fikrincə, yeniyetmə qruplaşmanın qalan hissəsinin gözlədiyi dostu tərəfindən tərk edilmiş binaya gətirilib.
Onlar yeniyetməni ələ salıb, qorxudublar, ona fiziki zorakılıq ediblər və bıçaqlayıblar, baş verən hər şeyi mobil telefonlarına yazıblar.
Saxlanılanların hamısını 10 ilə qədər həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az