Türkiyə XİN Fransanı daxili işlərə qarışmaqda İTTİHAM ETDİbackend

Türkiyə XİN Fransanı daxili işlərə qarışmaqda İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Fransanı daxili işlərə qarışmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Türkiyə hüquqi dövlət kimi bütün vətəndaşları üçün ədalətli və qərəzsiz məhkəmələrə zəmanət verir.

Fransa Xarici İşlər Nazirliyinin iyulun 7-də verdiyi və ölkəmizdə davam edən məhkəmə proseslərinə müdaxilə təşkil edən bəyanatı qətiyyətlə rədd edirik”.

Sənəddə həmçinin Fransa Türkiyənin daxili qanunlarına və məhkəmə sisteminin müstəqilliyinə hörmətlə yanaşmağa, başqa ölkələr haqqında siyasi motivli şərhlərdən çəkinməyə və öz daxili məsələlərinə diqqət yetirməyə çağırır.

İyulun 7-də Fransa Xarici İşlər Nazirliyi müxalifətdə olan CHP partiyasından olan üç bələdiyyə sədrinin korrupsiya araşdırması çərçivəsində saxlanılmasından “narahatlığını ifadə edib”.

Xuraman Etibarlı

İnterpress.az