Putin və Mirziyoyev arasında telefon danışığı OLDUbackend

Putin və Mirziyoyev arasında telefon danışığı OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan və Rusiya liderləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan və Rusiya prezidentləri Mirziyoyev və Putin arasında telefon danışığı olub.

Strateji tərəfdaşlıq çərçivəsində Özbəkistan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, xüsusilə ticarət-iqtisadi sahədə sazişlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Ölkələrin liderləri Özbəkistan və Rusiya Federasiyası Regionlar Şurasının bu ilin payızına planlaşdırılan ikinci iclasının lazımi səviyyədə hazırlanmasının və səmərəliliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparılıb.

Xuraman Etibarlı

İnterpress.az