Hollandiyalı dizayner 125 milyon canlı yosundan paltar hazırlayıb.
İnterpress.az xəbər verir ki, futuristik və bio-ilhamlı yaradıcılığı ilə tanınan hollandiyalı dizayner İris Van Herpen sözün əsl mənasında işıqdan toxunmuş paltarı ilə dünyanı təəccübləndirib.
Bio-dizayner Kristofer Bellami (Bio Crafted) ilə əməkdaşlıqda o, parçaya 125 milyon bioluminescent yosun toxunaraq hərəkətlə aktivləşdirilən yumşaq mavi parıltı yaradıb.
“İris van Herpen brendinin yeni kolleksiyasının mirvarisi Paris Moda Həftəsində nümayiş olundu.
Paltar Amsterdam Universiteti və Frensis Krik İnstitutunun alimləri tərəfindən laboratoriyada yetişdirilən 125 milyon bioluminescent yosundan istifadə edilməklə hazırlanıb.
Geyim hərəkət edərkən parlayır və xarici mühitdəki dəyişikliklərə reaksiya verir”, – media yazıb.
Xuraman Etibarlı
İnterpress.az