Dövlət Duması FTX-yə öz istintaq təcridxanalarını yaratmağa icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Dövlət Duması FTX-yə öz istintaq təcridxanalarını yaratmağa icazə verib.
İdarə 2006-cı ilə qədər idarə etdiyi təcridxanaları da geri alıb. Hakimiyyət bu qərarı vətənə xəyanət, terror və casusluq hallarının sayının artması ilə izah edir.
İndi bu maddələrlə təqsirləndirilən şəxslər FTX-nin təcridxanalarına, o cümlədən Lefortovo və digər bölgələrdəki müəssisələrə yerləşdiriləcək.
Qanunun qəbulu Rusiyanın Avropa Şurasından çıxmasından sonra mümkün olub.
Xuraman Etibarlı
İnterpress.az