“Tour de France” yarışında polis əməkdaşına silahlı HÜCUM – FOTObackend

“Tour de France” yarışında polis əməkdaşına silahlı HÜCUM – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tour de France” yarışı zamanı bıçaqlı şəxs polis əməkdaşına hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Məlumata görə, Ruanda keçirilən “Tour de France” veloyürüşünün dördüncü mərhələsində finiş xəttinə çox az qalmış bir şəxs bıçaqla yoldan keçənləri təhdid etməyə başlayıb. Daha sonra isə o, polis əməkdaşını yaralamağa cəhd edib.

Hücumçu güllə ilə dayandırılıb – ayağından yüngül yara alıb və saxlanılıb.

Hadisə atlıların gəlişindən əvvəl baş verib.

“Le Parisien” öz mənbələrinə istinadən yazır ki, naməlum şəxsin hücumuna məruz qalan polis zabiti gülləkeçirməz jilet geyindiyi üçün xəsarət almayıb.

Bundan dərhal sonra başqa bir polis əməkdaşı hücumçuya atəş açıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxsin 21 yaşı var. O, iyunun 24-dən axtarışda olub, həmin gün xəstəxanadan qaçıb.

İndi onun barəsində polis əməkdaşını öldürməyə cəhd maddəsi ilə iş açılıb.

Xuraman Etibarlı

İnterpress.az