İranın arsenalı İsrailin zərbələri ilə əhəmiyyətli dərəcədə azalıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” yazır.
İsraillə müharibədən əvvəl İranın 3000-ə yaxın ballistik raketi və 500-600 buraxılış qurğusu var idi.
Müharibədən sonra ballistik raketlərin sayı 1000-1500-ə, buraxıcıların sayı isə 150-200-ə endirilib.
“İsrail iranlıların raket atdığı hər yerə hücum edib… İran İsrailə öz raketləri ilə hücum edə bilər, amma yüzlərlə raketlə yox”, – məqalədə deyilir.
Xuraman Etibarlı
İnterpress.az