Çeçenistan boşanmaların sayına görə regionlar arasında lider olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Çeçenistan boşanmaların sayına görə Rusiya regionlarının anti-reytinqində birinci yerdədir.
2025-ci ilin fevral ayının məlumatlarına görə, respublikada 965 boşanma qeydə alınıb, cəmi 312 nikah bağlanıb. .
Bu, Rusiyada dağılmış və qeydiyyatda olan ailələrin sayı arasında ən böyük fərqdir – ilk dəfə olaraq toylardan üç dəfə çox boşanma olub.
Hələ 2012-ci ildə Çeçenistan rəhbəri Ramzan Kadırov “boşanmalar problemini öz üzərinə götürəcəyini” vəd etmiş və nikah və ailə münasibətlərinin uyğunlaşdırılması proqramının hazırlanmasını əmr etmişdi.
Onun təşəbbüsü ilə xüsusi komissiya yaradılıb, vəzifəsi boşanmış cütlükləri “birləşdirmək” olub.
2024-cü ilin dekabrında Kadırov bildirib ki, 2017-ci ilin yayından bəri 2716 ailə bu şəkildə birləşib, lakin bu, ümumi statistikaya az təsir edib.
Xuraman Etibarlı
İnterpress.az