AİHM Rusiyaya qarşı iki HÖKM ÇIXARDIbackend

AİHM Rusiyaya qarşı iki HÖKM ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AİHM Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi bu gün Rusiyaya qarşı

Onlardan birincisi, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya işğalı başlayandan bəri beynəlxalq hüququn ciddi pozuntularına yol verdiyini bildirir.

Məhkəmə həmçinin 2014-cü ildə MH17 reysinin vurulmasına görə Rusiyanı məsuliyyətli hesab edib.

AİHM ilk dəfədir ki, 298 nəfərin ölümündə rəsmi Moskvanı günahlandırır.

Qərarda bildirilir ki, təqdim olunan sübutlar raketin MH17 reysinin üzərinə qəsdən buraxıldığını göstərir.

Bundan əlavə, AİHM qeyd edir ki, raketi buraxan şəxslər təyyarədə olan hər kəsin ölümünün qaçılmaz olduğunu bilirdilər. Lakin Ukraynaya tammiqyaslı işğalın başlamasından sonra Rusiya tərəfi AİHM qərarlarını yerinə yetirməkdən imtina edib.

Ukrayna və Hollandiya tərəfindən Strasburqda Rusiyaya qarşı ümumilikdə 4 iddia qaldırılıb.

İddia edilən cinayətlərdən biri də ukraynalı uşaqların işğal olunmuş ərazilərdən qaçırılmasıdır.

Xuraman Etibarlı

İnterpress.az