Livanda XÜSUSİ ƏMƏLİYYAT: Hizbullah infrastrukturu MƏHV EDİLİRbackend

Livanda XÜSUSİ ƏMƏLİYYAT: Hizbullah infrastrukturu MƏHV EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanda keçirdiyi xüsusi əməliyyatlar zamanı Hizbullahın infrastrukturunu yerlə-yeksan edir.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu İsrail-Livan sərhədi bölgəsində və Livanın cənubunda Hizbullah infrastrukturunu məhv edərək əməliyyatlarını davam etdirir.

Cəbəl-Balat silsiləsi ərazisində atəş mövqeləri və silah anbarları olan kompleks aşkar edilərək məhv edilib.

Hizbullahın silahları, o cümlədən çoxlu lüləli atıcı, ağır pulemyot və onlarla mina məhv edilib.

Bundan başqa, təşkilatın yeraltı infrastrukturu da məhv edilib.

Xuraman Etibarlı

İnterpress.az