Qətər Qəzzanın bərpasını MALİYYƏLƏŞDİRƏCƏKbackend

Qətər Qəzzanın bərpasını MALİYYƏLƏŞDİRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər atəşkəs dövründə Qəzzanın yenidən qurulmasını maliyyələşdirməyə başlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” məlumat yayıb.

Hazırda Dohada müzakirə edilən atəşkəs sazişinin şərtləri Qətərə atəşkəs qüvvəyə mindikdən sonra Qəzza zolağının yenidən qurulmasını maliyyələşdirməyə başlamağa imkan verəcək.

Qeyd olunur ki, bu, HƏMAS-ın irəli sürdüyü tələb olub və İsrail buna prinsipcə razılaşıb.

Bundan əlavə, sövdələşmənin şərtlərinə görə, hansının olduğu göstərilməsə də, daha bir neçə ölkə də yenidənqurma üçün anklavda sərmayə qoymağa başlayacaq.

Xuraman Etibarlı

İnterpress.az