Trampın düşmənçilik hərəkətləri fonunda kanadalılar ABŞ-a daha az səyahət edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İyun ayında ABŞ-dən Kanadaya dönüş səfərləri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 33 azalıb.
Kanada Statistika məlumatlarına görə, ardıcıl beşinci ay azalma müşahidə olunur.
Nəşrin yazdığı kimi, bu tendensiya prezident Donald Trampın Kanada əleyhinə çıxışı fonunda Kanada cəmiyyətinin bir hissəsinin Amerika məhsullarını və ABŞ-ni turizm məkanı kimi boykot etməsinin nəticəsidir.
Xuraman Etibarlı
İnterpress.az