Ermənistan Xarici İşlər Nazirliyi ötən gün Abu Dabidə keçirilən Əliyev-Paşinyan görüşünü uğurlu hesab edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi BƏƏ-də görüşü “sülh prosesinin irəliləyişinin əsası” adlandırıb və bunun sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir.
“Biz dünən Əbu-Dabidə keçirilən görüşü uğurlu hesab edirik və təsdiq edirik ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi əsas ola bilər”, – Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az