Ruslar çimərlikdən kənarda çimərlik paltarı geyindiklərinə görə həbs olunacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, ruslara çimərlikdən kənarda çimərlik paltarında göründüklərinə görə həbs olunacağı ilə bağlı xəbərdarlıq ediblər.
Uyğun olmayan yerdə çimərlik geyimində görünmək xırda xuliqanlıq sayılır. Məsələn, şəhər parkları, küçələr, uşaq meydançaları və ya ictimai nəqliyyatda çimərlik paltarının geyinilməsi məsuliyyətə səbəb ola bilər.
Belə yerlərdə, xüsusən də uşaqların yanında nümayişkaranə şəkildə çimərlik geyimində görünmək ictimai asayişin pozulması kimi qiymətləndiriləcək.
Vəkillər xatırladırlar ki, bu, 15 günə qədər həbs və ya 1000 rubla (təxm. 22 man.) qədər cərimə ilə cəzalandırılır.
Xuraman Etibarlı
İnterpress.az