İçərisində 14 nəfərin olduğu Mİ-8 helikopteri TAPILDI – YENİLƏNİBbackend

İçərisində 14 nəfərin olduğu Mİ-8 helikopteri TAPILDI – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçərisində 14 nəfərin olduğu Mi-8 helikopteri Lensk (Yakutiya) yaxınlığında plansız eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib. Məlumata görə, içərisində 14 nəfərin olduğu Mi-8 helikopteri Lensk (Yakutiya) yaxınlığında plansız eniş edib.

Ölən və yaralananlar olmayıb.

Təyyarənin göyərtəsində 10 meşə mühafizə işçisi, 1 pilot müşahidəçi və 3 nəfərdən ibarət ekipaj olub.

Departamentdən əlavə ediblər ki, ehtiyat təyyarənin gəlişi gözlənilir, yoxlama təşkil edilib.

***

12:52

İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Uzaq Şərqdə yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu abrədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Oxotskdan Maqadana uçan zaman Uzaq Şərqdə yoxa çıxıb.

O, yerli vaxtla saat 19:00-da təyinat yerinə çatmalı idi, lakin təyin olunmuş vaxtda əlaqə saxlamayıb və Maqadana çatmayıb.

Axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Helikopterin yeri hələ müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az