Nikol erməni deyil, yarı azərbaycanlıdır – Vahe Karapetyan – VİDEObackend

Nikol erməni deyil, yarı azərbaycanlıdır – Vahe Karapetyan – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol maskasını çıxardı, məlum oldu ki, o, satqın və əclafdır.

İnterpress.az xəbər verir ki, bunu ABŞ-nin Kaliforniya ştatında yerləşən Qlendeyl şəhərində erməni kilsəsinə dəstək aksiyasında çıxış edən iş adamı Vahe Karapetyan deyib.

“Əziz ermənilər, biz bu gün Ermənistanda baş verənlərdən təəssüflənir, bu biabırçı hakimiyyətin böhtançı rəhbəri, erməni satqınına öz etirazımızı və tələbimizi bildiririk.

O, (Nikol Paşinyan – red.) erməni deyil, əminəm ki, yarı azərbaycanlıdır.

O, İcevanda yaşayıb və çoxları bilir ki, SSRİ illərində İcevanda çoxlu azərbaycanlı olub, onların çoxu universitetlərdə oxuyub, sonra ailə qurub, Ermənistanda qalıb. Bu əclaf onlardan biridir”, – Vahe Karapetyan bildirib.

Qeyd edək ki, ABŞ-nin Qlendeyl şəhərində Erməni Apostol Kilsəsinin müdafiəsi üçün mitinq keçirilib.

Xuraman Etibarlı

İnterpress.az