Fransada Bastiliya Günü Paradında atlar vəhşiləşib.
İnterpress.az xəbər verir ki, paradı Fransa telekanalı canlı yayımlayıb.
Fransa prezidenti Emmanuel Makron Respublikanın Milli Gününü qeyd etmək üçün bazar ertəsi Parisdə Yelisey meydanında hərbi parada gəlib.
Bayram tədbirləri yerli vaxtla saat 10:00-da başlayıb.
Paradda süvarilən keçidi zamanı atlar aqressivləşib, atlıların bir neçəsi yıxılıb.
Xuraman Etibarlı
İnterpress.az