Rusiyada 19 yaşlı çağırışçı istidən və susuzluqdan ölüb.
İnterpress.az xəbər verir ki, hadisə Saxalində baş verib.
İyulun 3-də hərbi xidmətə çağırılan Danila Minyailo +35°C-də susuz məşq etdikdən sonra şiddətli gün vurma ilə xəstəxanaya yerləşdirilib.
İdmanla məşğul olmağa kardioloji qadağaya baxmayaraq, çağırışçılar istirahət etmədən bədən tərbiyəsi ilə özlərini yormağa məcbur olurdular.
Komandanlıq ölümü “qəza” ilə əlaqələndirib, yaxınlarına dəqiq izahat verməyib.
Mərhumun qardaşı artıq İstintaq Komitəsi və prezident administrasiyası ilə əlaqə saxlasa da, hələlik heç bir nəticə yoxdur.
Yaxınları ədalət və cinayətin araşdırılmasını tələb edirlər. Bununla belə, Müdafiə Nazirliyi bu işi ört-basdır etməyə çalışır.
Xuraman Etibarlı
İnterpress.az