Suriyanın Əs-Suveyda əyalətində baş verən toqquşmalarda ölənlərin sayı 89-a çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) bildirib.
Qeyd olunur ki, indiyədək 170-dən çox insan həlak olub və yaralanıb, itkilərin sayı isə getdikcə artır.
SOHR-in məlumatına görə, toqquşmalarda bədəvi qəbilə yaraqlıları intiharçı dronlardan istifadə edir.
Xuraman Etibarlı
İnterpress.az