ABŞ prezidenti Tramp “Tomahawk” qanadlı raketlərini Ukraynaya ötürə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post”un mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığı kimi, Ukrayna ərazisindən buraxılan zaman Moskva və Sankt-Peterburqa çata bilən bu raketlərin ötürülməsi tədarüklərin yekun siyahısına daxil edilməyib. Lakin Vaşinqton Moskva üzərində “daha çox təsir rıçaqları” istəsə, onlar sonradan yerləşdirilə bilər.
“Tomahawk” quru hədəflərinə yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulmuş uzun mənzilli qanadlı raketdir. Yeni modifikasiyalarda uçuş məsafəsi 2500 km-ə qədərdir.
Onlar Vaşinqton tərəfindən digər şeylərlə yanaşı, İranın nüvə obyektlərinə son hücumlarda istifadə edilib.
Xuraman Etibarlı
İnterpress.az