Dini yürüş zamanı körpü UÇDU – 8 nəfər XƏSARƏT ALDI – VİDEObackend

Dini yürüş zamanı körpü UÇDU – 8 nəfər XƏSARƏT ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Voloqda vilayətində dini yürüş zamanı dindarların üzərindən keçdiyi körpü uçub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, dini yürüş zamanı qəfildən  körpü uçub.

Körpü dağılan zaman Dunilovo kəndi yaxınlığındakı 50 metrlik körpünün üzərində təxminən 25 nəfər olub.

Onlar zəng səsi ilə yeriyirdilər və qəfildən körpü uçub.

Səkkiz nəfər yaralanıb: onlarda sınıqlar, çıxıqlar, sıyrıqlar və qançırlar var.

Körpü artıq bərpa olunur.

Xuraman Etibarlı

İnterpress.az