Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü mətbuat konfransında deyib.
“Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Biz bunun üzərində işləyirik və işləməyə davam etməliyik”, – Paşinyan vurğulayıb.
O, İrəvanın Ankara ilə sülhə can atması ilə bağlı ittihama da münasibət bildirib: “Yəni biz Türkiyə ilə vuruşmalıyıq?”
Xuraman Etibarlı
İnterpress.az