Ermənistanda 23 ton mazut olan yük maşını çaya DÜŞDÜ – FOTObackend

Ermənistanda 23 ton mazut olan yük maşını çaya DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 23 ton mazut olan yük maşını çaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın cənubunda 23 ton mazut olan yük maşını çaya düşüb, xilasedicilər ətraf mühitə dəymiş ziyanı qiymətləndirirlər

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, ötən gün saat 21:39-da Qafan-Kacaran avtomobil yolunda yük maşını çaya düşüb.

Yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə gedib.

Məlum olub ki, “Scania” markalı yük maşını çən qoşqusu ilə yolun hərəkət hissəsindən çıxaraq beton maneəyə çırpılıb, qoşqu yük maşınından ayrılaraq qismən Voqci çayına düşüb.

Xuraman Etibarlı

İnterpress.az