Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
İnterpress.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Xatırladaq ki, Aİ xarici işlər nazirləri iyunun 15-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edə bilməyiblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, sanksiyalar yenidən Slovakiya tərəfindən bloklanıb.