Joqovurd: Paşinyan kilsə ilə bağlı vəziyyətə görə baş qərargah rəisinin işindən narazıdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bütün ermənilərin katolikosunun uzaqlaşdırılması və yeni namizədin tapılması üzrə “əməliyyat”ın məsuliyyəti baş nazirin ofisinə həvalə edilib.
Qeyd olunur ki, bu məsələlərlə bağlı əsas işi aparat rəhbəri Arutyunyan həyata keçirir.
Bununla belə, nəşrin yazdığına görə, Paşinyan Arutyunyanın işindən o qədər də razı deyil. Çünki II Qareginin vəzifədən uzaqlaşdırılması üçün heç bir aydın addım atılmayıb, ruhanilər isə ölkə hakimiyyətinə qarşı daha çox düşmənçilik edib.
Mənbələrin bildirdiyinə görə, əgər aparat rəhbəri qeyd olunanları həyata keçirə bilməsə, “ola bilər ki, Paşinyan onu bu vəzifədən uzaqlaşdırsın”.
Xuraman Etibarlı
İnterpress.az