İran ABŞ-ni nüvə danışıqlarını pozmaqda ittiham edib və Aİ-ni təzyiq siyasətindən əl çəkməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İranın xarici işlər naziri Əraqçi deyib ki, bu ilin iyununda 2015-ci il sazişindən çıxaraq və danışıqlar masasını tərk edərək nüvə danışıqlarını pozan ABŞ olub.
O, bunu Aİ3-ün xarici işlər nazirləri və Aİ nümayəndələri ilə telekonfransdan sonra deyib.
Əraqçinin sözlərinə görə, Vaşinqton dialoqdan çox hərbi yolu seçib. Və indi danışıqların yeni mərhələsi o zaman mümkündür ki, qarşı tərəf “ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı” razılaşmaya hazır olsun.
O, həmçinin Avropa İttifaqını təzyiq və təhdidlərdən əl çəkməyə çağırıb və vurğulayıb ki, Avropanın “belə bir hərəkət kursu üçün nə mənəvi, nə də hüquqi əsasları var”.
Xuraman Etibarlı
İnterpress.az