Sıfır yürüşlü yüzlərlə yeni Audi Almaniyada təzyiq altında əziləcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, Almaniyada sıfır yürüşlü yüzlərlə yeni Audi məhv ediləcək.
Bu ona görə baş verir ki, istehsalçıların ciddi satış planları və qiymətləri var – əgər avtomobillər uzun müddət satılmayıbsa, bazarı çökdürməmək üçün qiyməti çox aşağı sala bilməzlər.
Yeni avtomobillərin anbarlarda saxlanması isə baha başa gəlir – saxlama, texniki xidmət və sığorta üçün pul ödənməlidir.
Buna görə də, daha çox pul itirməmək üçün onları utilizasiya daha asan və daha sərfəlidir.
Xuraman Etibarlı
İnterpress.az