Sükan arxasında qolunu arı sancan sürücü ÖLÜMDƏN DÖNDÜ – VİDEObackend

Sükan arxasında qolunu arı sancan sürücü ÖLÜMDƏN DÖNDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yük maşınının sürücüsü magistral yolda arı sancdıqdan sonra sükan arxasında az qala öləcəkdi.

İnterpress.az xəbər verir ki, Şossedə yük maşını idarə edən Çelyabinsk sakini qəfildən kəskin ağrı hiss edib. Arı qolunu sancıb, qolu dərhal şişib və kişi huşunu itirib.

Xoşbəxtlikdən yaxınlıqda yol polisi əməkdaşları olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda zərərçəkmişi xidməti avtomobillə tibb müəssisəsinə çatdırıblar.

Hazırda sürücünün vəziyyəti stabilləşib.

Xuraman Etibarlı

İnterpress.az