Moskva şəhərindəki Federasiya Qülləsi boşaldılır. Şahidlər binanın bir neçə mərtəbəsində tüstülənmə olduğunu xəbər veriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata əsasən, Moskvada yerləşən “Moskva-Siti” işgüzar mərkəzindəki Federasiya Qülləsində (Bashnya Federatsiya) insanların təxliyəsinə başlanılıb.
Hadisə şahidləri binada tüstülənmə müşahidə etdiklərini bildiriblər. Tüstünün binanın 4-cü mərtəbəsindən 13-cü mərtəbəsinə qədər yayıldığı qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






