Madaqaskarda varlı sakinlər nəsli kəsilməkdə olan heyvanları lüks süfrələrin bəzəyinə çeviriblər.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Madaqaskarın varlı sakinləri adadakı lemurların demək olar ki, hamısını yeyiblər.
Nəsli kəsilməkdə olan bu növün nümayəndələri bahalı yeməklər hazırlanması üçün satılır.
Bildirilir ki, lemur ovuna 60 ildən çox əvvəl qadağa qoyulsa da, bu, ada sakinlərini dayandırmır.
Mütəxəssislər qeyd edirlər ki, mal ətindən 3 dəfə baha satılan lemur əti yerli əhali üçün status və zənginlik rəmzinə çevrilib. Bu səbəbdən qadağalara baxmayaraq, lemur ətinə olan tələbat getdikcə artır.
Xuraman Etibarlı
İnterpress.az






