Şükran Günü ənənəsi: Tramp “Qobbl” adlı hinduşkanı ƏFV ETDİ – VİDEObackend

Şükran Günü ənənəsi: Tramp “Qobbl” adlı hinduşkanı ƏFV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp “Qobbl” adlı hinduşkanı əfv edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. ABŞ prezidenti Şükran Günü ənənəsini yerinə yetirib və maraqlı açıqlamalar verib.

Məlumata görə, Donald Tramp Şükran Günü münasibətilə “Qobbl” (Gobble) adlı hinduşkanı rəsmi olaraq əfv edib.

Mərasim zamanı Tramp Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ilə bağlı zarafat edib:

“Hinduşkanın şəklini ilk dəfə görəndə adını Nensi Pelosi qoymaq istədim. Amma sonra anladım ki, elə birini heç vaxt əfv etmərəm”.

Bundan əlavə, Tramp zarafatyana şəkildə bir neçə kiloqram arıqlamaq istədiyini, lakin bunu bu gün etməyəcəyini bildirib.

O qeyd edib ki, bu gün o da hinduşka yeyəcək, lakin əfv etdiyi “Qobbl”u yox, başqa birini.

Xuraman Etibarlı

İnterpress.az