Fransa mətbuatı 88 milyon avroluq tarixi soyğunun təşkilatçıları barədə yeni detalları açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, soyğundan bir neçə gün əvvəl cinayətkarlardan biri ilə slavyan ləhcəsi ilə danışan iki kişi əlaqə saxlayıb. Onlar həmin şəxsə adi bir soyğunçuluq təklif edib və qarşılığında 15 min avro mükafat vəd ediblər. 30 yaşlı Abdulay N. bu təkliflə razılaşıb.
Digər bir soyğunçu, 35 yaşlı Əlcəzair əsilli Ayed Q. isə yalnız ləqəbini bildiyi bir şəxs tərəfindən işə cəlb edilib. Onlar hadisədən cəmi bir gün əvvəl tanış olublar.
Polis şübhəli şəxslərin ifadələrinə ehtiyatla yanaşsa da, istintaqın “xaricdəki sponsorlara” aparıb çıxaracağını istisna etmir.
Xatırladaq ki, 88 milyon avroluq zinət əşyaları hələ də aşkar edilməyib.
Xuraman Etibarlı
İnterpress.az






