Putin: Ümid edirəm ki, Ukraynadakı münaqişə başa çatacaqbackend

Putin: Ümid edirəm ki, Ukraynadakı münaqişə başa çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti müharibənin bitməsi üçün əsas şərti açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin müsahibəsində Ukraynadakı münaqişənin yekunlaşacağına ümid etdiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, bu prosesin tez baş verməsi arzuolunandır: “Siz “gec-tez” dediniz: nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

Lakin Putin vurğulayıb ki, münaqişənin bitməsi yalnız Rusiyanın xüsusi hərbi əməliyyatda qarşıya qoyduğu məqsədlərə nail olunması şərtilə mümkündür.

Xuraman Etibarlı

İnterpress.az