Yüzlərlə insanın axtardığı uşaq divanın altından tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Dərsdən qaçdığına görə danlanmaqdan qorxan məktəbli hamını təşvişə salıb.
Hadisə Rusiyanın Saxalin vilayətinin Penzenskoye kəndində baş verib. Noyabrın 24-də 9 yaşlı Seryoja evdən çıxıb və geri qayıtmayıb.
Uşağın axtarışlarına dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və könüllülər cəlb olunub. Yüzlərlə insan itkin düşən uşağı axtarmağa başlayıb.
Axtarışlar iki sutka davam edib, lakin sonda uşaq öz evlərində tapılıb. Məlum olub ki, azyaşlı bütün bu müddət ərzində divanın altında gizlənib.
O, bu addımı dərsdən yayındığı üçün valideynlərinin onu danlayacağından qorxaraq atıb.
Xuraman Etibarlı
İnterpress.az






