Həcc ziyarətinə gediş və qayıdış qrafiki açıqlanıbbackend

Həcc ziyarətinə gediş və qayıdış qrafiki açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, Azərbaycandan zəvvarlar sentyabrın 2-i, 3-ü və 4-ü, hər gün bir və ya iki reys olmaqla, Həccə yola düşəcəklər.

Zəvvarların qayıdış qrafiki isə sentyabrın 18-i, 19-u, və 21-i, hər gün bir və ya iki reys həyata keçirilməklə baş tutacaq. Zəvvarlar ziyarətə hər təyyarədə 3 və ya 4 qrup olmaqla, yollanacaqlar.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. (apa)

İnterpress.az