Suriyanın Menbic şəhəri İŞİD terrorçularından təmizlənib. Terror qruplaşmasından azad olunan bölgədə ən böyük sevinci qadınlar yaşayıb. Məlumata görə, onlar İŞİD-in məcburiyyəti ilə geyindiyi geyimləri, örtükləri çıxarıb ataraq bu sevinci qeyd ediblər.
Bütün bunları \”Reuters\” xəbər agentliyinin yaydığı fotolar sübut edir. Suriya Demokratik Qüvvələri şəhərə girməyə çalışarkən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri havadan Menbici bombardman edir. Lakin bütün bunlara baxmayaraq şəhər sakinləri, xüsusən də qadınlar İŞİD məcburiyyəti ilə geyindikləri burkaları çıxarıb atırlar.
İŞİD-dən xilas olan şəhərin qadınlarının sevinci
Terror təşkilatının geyinməyə məcbur etdiyi burkalı qadın
İŞİD-dən azad olan şəhərin qadın sakinləri sevincdən burkalarını çıxardı (ans)
İnterpress.az