Çində “Xirosima romantikası” adlı qeyri-adi atəşfəşanlıq görüntüləri gündəm olub.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələr və beynəlxalq media məlumat yayıb.
Çində hazırlanan və “Xirosima romantikası” (Hiroshima Romance) adlandırılan xüsusi atəşfəşanlıq növü özünün fərqli vizual effektləri ilə diqqət çəkir.
Bu pirotexniki şou səmada yaratdığı nəhəng və parlaq mənzərə ilə digər atəşfəşanlıqlardan kəskin şəkildə fərqlənir.
Sözügedən atəşfəşanlığın görüntüləri internet istifadəçiləri tərəfindən böyük maraq və təəccüblə qarşılanıb.
Çin istehsalı olan bu məhsul həm rəng çalarları, həm də partlayış anındakı miqyası ilə fərqli bir atmosfer yaradır.
Xuraman Etibarlı
İnterpress.az






