Karaqandada yük maşını kranı aşmaqdan çətinliklə yayınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Qazaxıstanın Karaqanda şəhərində tikinti meydançasında dəhşətli anlar yaşanıb.
Məlumata görə, ağır yükü qaldırmağa çalışan avtokran aşmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəyə səbəb yükün təhlükəsizlik qaydalarına riayət edilmədən qaldırılması olub.
Yük qaldırılan zaman qəfil yerini dəyişərək kranın qolunu tarazlıqdan çıxarıb və öz arxasınca aparıb.
Hadisə baş verən anda krançı təcili olaraq kabinədən tullanaraq özünü xilas edib. O, tullanma zamanı dabanlarını sındırsa da, daha ağır faciədən xilas olmağı bacarıb.
Kran isə qeyri-adi şəkildə aşmadan dayanıb.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






