Ermənistanda M-2 avtomobil yolundan Cermuka gedən yolda qaya uçqunu baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
M-2 magistral yolundan Cermuk istiqamətinə gedən yolda qaya uçqunu qeydə alınıb.
Təbii hadisə səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb və bir müddət birtərəfli qaydada həyata keçirilib.
Xilasetmə və təmizləmə işlərindən sonra yolun hərəkət hissəsi tam təmizlənib və nəqliyyatın hər iki istiqamətdə gediş-gəlişi bərpa edilib.

Xuraman Etibarlı
İnterpress.az






