ABŞ-nin blokadasından sonra Hörmüz boğazından neft daşıyan ilk tanker keçib.
İnterpress.az xəbər verir ki, bu barədə “MarineTraffic” məlumat yayıb.
ABŞ-nin dəniz blokadasının başlamasından bəri ilk dəfə neftlə yüklü tanker Hörmüz boğazından keçib.
Gəmi izləmə sistemlərinin məlumatlarına görə, Pakistan bayrağı altında üzən “Shalamar” tankeri Birləşmiş Ərəb Əmirliklərində təxminən 450 000 barel xam neft yüklədikdən sonra boğazdan keçərək cümə axşamı gecə saatlarında Oman körfəzinə daxil olub.
Bu hadisə bölgədə dəniz nəqliyyatı üçün tətbiq olunan məhdudiyyətlərin pozulması baxımından əhəmiyyətli hesab olunur.

Xuraman Etibarlı
İnterpress.az






