Rusiyada İLK DƏFƏ: Pedofiliya maddəsi ilə həbs edilən şəxsə BƏRAƏT VERİLDİbackend

Rusiyada İLK DƏFƏ: Pedofiliya maddəsi ilə həbs edilən şəxsə BƏRAƏT VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk dəfə pedofiliya maddəsi ilə ittiham olunan şəxsə bəraət verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Başqırdıstan sakini Denis Qolovun başına gələn hadisə Rusiyanın məhkəmə tarixində bir ilkə imza atıb. Kişi həyat yoldaşının təxribat xarakterli video çəkərək məhkəməyə müraciət etməsindən sonra pedofiliya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.

Kadrlarda qız uşağının D.Qolovun yuyunduğu vaxt otağa daxil olduğu görünür.

Birinci instansiya məhkəməsi D.Qolovun günahkar olduğuna qərar verərək onu 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb, baxmayaraq ki, hakimlərdən biri kişinin uşağı görərkən özünü örtməyə çalışmasına diqqət çəkmişdi.

D.Qolov özü bildirib ki, həyat yoldaşı mənzili ələ keçirmək üçün ona qurğu qurub. O, arvadının bir neçə dəfə mənzili öz adına keçirməyi tələb etdiyini, rədd cavabı aldıqdan sonra isə istədiyinə nail olmaq üçün bu yolu seçdiyini iddia edib.

Nəticədə Rusiya Ali Məhkəməsi kişiyə bəraət hökmü çıxarıb. Bu, oxşar ittihamlar üzrə ölkədə verilmiş ilk bəraət hökmü hesab olunur.

Qeyd olunur ki, D.Qolov həbsdə olduğu müddətdə arvadı onun mənzilinə köçüb, kilidləri dəyişdirib və müşahidə kameraları quraşdırıb.

İndi D.Qolov keçmiş arvadından şikayətçi olmağa hazırlaşır. O, ögey oğlunun anasının ona qarşı sərt rəftarından şikayətləndiyi məktubları sübut kimi istifadə edəcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az