Leninqrad vilayətində 5 avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Leninqrad vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. A-120 “Sankt-Peterburq cənub yarımhalqası” avtomobil yolunda “Shacman” markalı yük maşını dörd avtomobillə, o cümlədən bir mikroavtobusla toqquşub.
Hadisə nəticəsində ümumilikdə 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Shacman”ın sürücüsü ilkin ifadəsində qəzaya səbəb kimi yük maşınının əyləc sisteminin sıradan çıxmasını göstərib.
Xuraman Etibarlı
İnterpress.az






