İzmirdə jurnalist Turqay Kılıç saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İzmir şəhərində jurnalist Turqay Kılıç saxlanılıb. O, məktəblərə edilən hücumlardan sonra təhdid xarakterli mesajlar yaymaqda və təhlükəsizliklə bağlı həssas məlumatları dərc etməkdə şübhəli bilinir.
Saxlanılan jurnalist məhkəməyə gətirilib və barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Xuraman Etibarlı
İnterpress.az






